Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 12:56:00
Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üçün dərsliklər bağlı yenilik edildi  

Dövlət ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupları və 1-ci sinifləri üçün istehsal olunan bütün kağız dərsliklər artıq 1 tədris ili ərzində istifadə olunacaq və hər il yeniləri ilə əvəzlənəcək.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva deyib.

 

Onun sözlərinə görə, hazırda bütün kağız dərsliklər bir qayda olaraq, 4 il ərzində istifadə olunur: "Bu zaman məktəb təhsilinə yenicə başlayan məktəbəhazırlıq qruplarında təhsilalanların və birincilərin dərslikləri elə ilk istifadə ilində zədələməsi halları baş verir. Belə olduğu təqdirdə digər tədris illərində həmin dərsliklərdən istifadə etməli olan şagirdlərə zədələnmiş dərsliklərin verilməsi ehtimalı yaranırdı. Bu isə məktəb həyatına yeni başlayan şagirdlərin öyrənmə motivasiyasının azalmasına, dərslikdəki materiallarla işləmə zamanı çətinliklərin yaranmasına və s. səbəb ola bilirdi".