Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 16:13:00
Koronovirus beynəlxalq imtahan qiymətlərinə necə təsir edib?-DƏYİŞƏN RƏQƏMLƏR  

 

Günümüzdə əksər gənclərin arzusu xaricdə təhsil almaq, dünyanın prestijli universitetlərinin diplomuna sahib olmaqdır. Bunun üçün isə beynəlxalq imtahanlardan ən azı birini vermək tələb olunur.

 

AzEdu.az xaricdə təhsil almaq üçün vacib sayılan beynəlxalq imtahanların qiymətləri haqqında məlumatları təqdim edir:

 

Amerika Birləşmiş Ştatlarında bakalavr təhsili almaq istəyənlər üçün tələb olunan SAT (Scholastic Aptitude Test) imtahanının qiyməti növünə görə dəyişir. SAT esse imtahanının ödənişi 111.50, esse daxil olmadan isə 96.50 ABŞ dollarıdır. SAT Subject imtahanı üçün qeydiyyat 26 ABŞ dolları (əlavə olaraq hər fənnə görə 22 ABŞ dolları), SAT dil üzrə test, dinləmə üçün ödəniş isə 26 ABŞ dollarıdır. Vaxtında qeydiyyatdan keçilmədiyi təqdirdə isə 30 dollar ödəməlisiniz.

 

İngilis dili səviyyəsini qiymətləndirən TOEFL beynəlxalq imtahanında iştirak etmək üçün ödəniş haqqı 180 dollardır.

 

İngilisdilli ölkələrdə təhsil almaq üçün tələb olunan İELTS Academic və General Training imtahanının kağız üzərindən qiyməti 350 AZN, kompüter üzərindən isə 400 AZN-dir. Kompüter üzərindən testin qiyməti aprelin 1-dən etibarən 350 AZN olacaq.

 

Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan “PTE Academic Pearson Test of English Academic (PTE Academic) imtahanlarının qiyməti öncədən qeydiyyatdan keçdiyiniz zaman 170 dollar, bir gün qalmış qeydiyyatdan keçdiyiniz halda isə 212 dollar təşkil edir.

 

Amerika Birləşmiş Ştatlarında magistr və doktorantura təhsili almaq üçün verilən GRE (Graduate Record Examination) imtahanının qiyməti 205 dollardır.

 

Amerika Birləşmiş Ştatlarında  magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura  dərəcələrində təhsil almaq istəyənlər GMAT (Graduate Management Admission Test) imtahanından keçməlidir. Bu imtahan üçün 250 dollar tələb olunur.

 

TYS  (Türkçe Yeterlik Sınavı) Türk dilini xarici dil və ya ana dil kimi öyrənən şəxslərin dil biliklərinin müəyyənləşdirilməsi üçün Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən, bütün dil bacarıqlarını ölçən və beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır. Bu imtahanın qiyməti 70 dollardır. BDU tələbələri üçün isə 60 dollardır.

 

ALES (Akademik personel ve Lisansüstü Eğitime giriş Sınavı) Türkiyədə magistr və doktorantura təhsili almaq istəyən şəxslər üçün hazırlaşmalı olduqları ən vacib imtahandır. Bu imtahandan keçmək üçün 70 AZN tələb olunur.

 

Türkiyədə bütün universitetlər tərəfindən qəbul edilən və müxtəlif dillər üzrə keçirilən xarici dil imtahanı YDS (Yabancı Dil Sınavı) üçün isə 50 AZN ödəmək lazımdır.