Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 15:36:00
Türkiyədəki bütün universitetlər attestatla qəbul elan etməyə məcbur qala bilərlər -SƏBƏB

 

 

Çinin Uhan şəhərində meydana gələn və öz əhatəsini genişləndirən koronavirusa görə artıq bir çox ölkədə tədris dayandırılıb, imtahanlar ləğv edilib.

 

Koronavirus təhlükəsinə görə azərbaycanlı tələbələrin xarici universitetlərə - beynəlxalq imatahanlara da müraciətləri azalıb.

 

Bəs maraqlıdır koronavirus YÖS imtahanına nə kimi təsir göstərdi? Müraciətçilərin sayında azalmalar müşahidə olunubmu?

 

Xaricdə təhsil məsələləri üzrə mütəxəssis   Ramal  Şəmşədli AzEdu.az-ın sualını bu cür cavablandırıb:

 

“Koronavirusun YÖS imtahanına təsiri ilə bağlı ən əsas faktor kimi universitetlerə attestatla qəbulu göstərmək olar. Əgər koronavirus Türkiyədə ciddi şəkildə yayılar və imtahanlar İrandakı kimi təxirə salınarsa, bu səfər bütün universitetler attestatla qəbul elan etməyə məcbur olacaq. Attestatla qəbul YÖS imtahanının yox olmasına ən böyük səbəbdir”.

 

Ramal bəy qeyd edib ki, koronavirusa görə YÖS imtahanına müraciət edənlərin universitet seçmək şansı az olacaq:

 

“Koronavirus Azərbaycanda YÖS müraciətinə elə də ciddi təsir göstərmədi. Sadəcə imtahanların tarixi dəyişdi. Bildiyimiz kimi, Azərbaycanda 30-a yaxın universitet YÖS imtahanı keçirir, əsas təsir bu universitetlərə oldu. Ona görə ki, imtahanların tarixinin çoxu eyni günə düşür. Tələbə sadəcə bir universitetin imtahanına girə biləcək.

 

YÖS imtahanına müraciət edənlər, əsasən, YÖS-ə hazırlaşan tələbələrdir. Onlar üçün isə imtahanın hansı ayda keçirilməsinin heç bir önəmi yoxdur. Tələb olduğu kimi qalır. Sadəcə eyni günə düşən YÖS imtahanları olduğuna görə tələbələr üçün universitetləri seçim şansı az olacaq”.