Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 13:00:00
Peşə sahəsində Britaniyanın Plimut İncəsənət kolleci ilə əməkdaşlığa başlanılıb

 

Britaniya Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” adlı regional proqrama başlayıb. Proqram tətbiqi sənət, sənətkarlığın dəstəklənməsi, eləcə də inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir. 3 il müddətində davam edəcək proqram çərçivəsində Böyük Britaniyanın Plimut İncəsənət kolleci ilə sıx əməkdaşlığın aparılması nəzərdə tutulur. Hazırda proqramın növbəti mərhələsi olaraq əsas prioritetlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir. 

  

Qeyd edək ki, proqram çərçivəsində benefisiar qismində çıxış edən qurumların nümayəndələrinin ötən həftə Böyük Britaniyanın Plimut şəhərinə tədqiqat səfəri baş tutub. 3 gün davam edən səfər çərçivəsində kollecin maddi texniki bazası ilə tanışlıq, tədris prosesinin aparılması və tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumatlar əldə edilib.