Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 12:03:00
Qəbul imtahanlarının vaxtında dəyişiklik olacaq?-DİM

 Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi mart ayında keçirləcək  bütün imtahanları təxirə salıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə  kolleclərə qəbul imtahanları da təxirə salınıb.   Belə ki,  əvvəlki ilin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanların birinci mərhələsi, cari ilin məzunları üçün əlavə xarici dil imtahanı ( I mərhələ),  orta ixtisas təhsil müəssisəsində  məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanlarının ( I mərhələ)   martın 29-u keçirilməsi nəzərdə tutulurdu.

Qəbul imtahanlarının vaxtının dəyişdirilməsi barədə sosial şəbəkələrdə müzakirələr gedir. Bu, həmçinin təxirə salınan buraxılış və qəbul imtahanların keçirəcəyi tarix  barədə rəsmi məlumat yoxdur.

 Məlumat üçün bildirək ki,  imtahandan bir həftə öncə bu barədə rəsmi məlumat ictimaiyyətə elan oluncaq.