https://www.zirve.edu.az/
12.03.2020 10:07
Macarıstanda təhsil alan gəncin “Azərbaycan evi”ndə rəsm sərgisi
Çap et

Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən “Azərbaycan evi”ndə bu ölkədə təhsil alan gənc və istedadlı rəssam Fatimə Qurbanzadənin fərdi sərgisi keçirilib.

 “O, öz qanadları ilə uçur” (“Alis Volat Propriis”) adlı layihənin təqdimatında ölkəmizin Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri, Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli və digər qonaqların qatıldığı sərgidə təqdim olunan  rəsm əsərlərində qadın azadlığı, qadının ailədə rolu və başqa dəyərlər öz əksini tapmaqla iştirakçılarda xoş ovqat yaradıb.

 Qeyd edək ki, Budapeştdəki “Azərbaycan evi” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin sonundan fəaliyyət göstərir.(Azərbaycan müəllimi)