Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 13:21:00
Müddətsiz müqavilə ilə işləmək istəyən 2971 namizəd qeydiyyatdan keçib  

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə elektron qeydiyyat başa çatıb. Elektron sənəd qəbulu prosesində 2971 namizəd qeydiyyatdan keçib, onlardan 2540 namizəd elektron ərizəsini təsdiq edib.

 Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.