Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 12:32:00
“Nəsimi, Müşfiqi oxuyur, onlara şeirlər yazırdım” –Elza Seyidcahan -RUBRİKA

“Bu şairləri oxuyur, onlara şeirlər yazırdım” –Elza Seyidcahan -RUBRİKA

 

AzEdu.az “Kitab çantası” rubrikasını davam etdirir.

 

Rubrikanın məqsədi oxucuları  ictimsiyyətin yaxşı tanıdığı məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək,  mütaliə vərdişini daha da inkişaf etdirməkdir: 

 

Məsələ belədir, bəzən, tanınmış şəxslərə də bu sualı veriblər:  “Əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsə idiniz , özünüzlə hansı kitabları götürmək istərdiniz?”

Cavablar çox müxtəlif olub... Hərə özünün " kitab çantasında" olacaq tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikanın növbəti qonağı  Əməkdar artist, bəstəkar-müğənni  Elza Seyidcahandır.

“Bu qız böyüyəndə elə qız olacaq ki...”

“Biz ailədə dörd bacı olmuşuq. Anam həmişə mənim çantamı böyük alardı. Çünki , mən çantama həftəlik kitabları yığırdım. Qonşu sinifdən bir müəllimə hansısa kitab lazım olanda, deyirdilər ki, 7 “q”  sinfində oxuyan Əhmədova Elzadan alın. Bacımın sinif yoldaşının anası demişdi ki, bu qız böyüyəndə bir qız olacaq ki...”

Elza xanım deyir ki, ali təhsil illərində kitaba, mütaliəyə marağı çox olub.  Konservatoriyada oxuduğu illərdə teatrlarla əməkdaşlıq edib, daha çox isə “YUĞ” teatrı ilə...  

“Mərhum rejissor, teatrın yaradıcısı Vaqif İbrahimoğlu və tənqidçilərlə birlikdə tamaşanı müzakirə edirdik.  Bu müzakirəyə iki saat yarım vaxt ayırırdılar,  bəzən məni yuxu belə tuturdu .

Vaqif İbrahimoğlunun bir tamaşası vardı: orada deyilirdi ki, " mən ərimin əriyəm". Mən ona tamaşadan sonra bu sualı verdim:  “Bu nə sözdür belə?” O da mənə dedi ki, mən sənə heç sual verirəm ki, Əliağa Vahidin  “Naz etmə” qəzəlinə niyə şeir yazmısan?! Yaxşı arvad öz ərinin yoldaşı, dostu, sevgilisi olur.

Tələbəlik illərində İmadəddin Nəsimi, Əliağa Vahidin qəzəllərini, Mikayıl Müşfiqin , Bəxtiyar Vahabzadənin, Məmməd Arazın kitablarını oxuyur, onlara şeirlər yazırdım”.

 

Elza xanım deyir ki, indi " Qurani- Kərim " , "İncil" kitablarını kitablarını azan vaxtı oxuyur. Ərəb əlifbasını oxuya bilməsə də, səhifələri 7 dəfə vərəqləyir:

“Bədii əsərlərdən  Vüqtor Hüqonu, Məhəmməd Arazın  silsilə kitablarını , Musa Yaqub, Ramiz Rövşən , Bəxtiyar Vahabzadə, Leyla Əliyevanın şeirlərini oxuyuram”.

 

“Lermontov rəhmətə gedəndə heç bir dostuna " əlvida" deməyib. Yalnız kitablarına deyib.  Mənim ən yaxın dostum müəllimdir, çünki  onun elə bir silahı vardır ki , düşməni diz üstə çökdürür,bu silah isə kitabdır”,-deyə, Elza Seyidcahan əlavə edib.

 

Onun hətta Aygün Səmədzadənin "Azərbaycan musiqisi - 100 mahnıda" kitabında üç vətənpərvər mahnısı yer alıb. Kitab  Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar hazırlanıb və ora  görkəmli bəstəkarların əsərləri yer alıb.

 

Rəviyyə CƏFƏRZADƏ