Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 11:52:00
Qazaxıstanda 2020-2021 tədris ili üzrə təqaüd proqramı

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

AzEdu.az xəbər verir ki, bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təqaüd proqramına iddiaçılar cari ilin 5 aprel tarixinədək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az)   müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.