Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 10:00:00
Alimlər öldürücü epidemiyaları bu cür məhv ediblər – Koronovirusun sələfləri

 

2019-cu ilin dekabrında ortaya çıxann CoV adlanan virus  Çinin Uhan şəhərindən bütün dünyaya yayılaraq  insanların  təşvişə düşməsinə səbəb olub.

Hazırda  30  ölkədə  tapılan epidemiya 77 min insana yoluxub və 2952 nəfərin ölümünə səbəb olub.

Koronavirusun müalicəsi ilə bağlı elmi-tədqiqat işləri aparılsa da, alimlər sağalmanı təmin edəcək vaksinin 1 ildən tez tapıla bilməyəcəyini qeyd ediblər.

Tarix bir çox yoluxucu xəstəliklərə şahidlik edib. Onlardan bəzilərinin müalicəsi tapılıb və müasir dövrdə demək olar ki, onlara rast gəlmək mümkün deyil.

AzEdu.az müxtəlif zamanlarda mövcud olan epidemiyaların qarşısının alınması üçün hansı müalicə üsullarının tətbiqi barəsindəki yazını təqdim edir:

Qara Vəba - nazik bağırsağın infeksion xəstəliyidir. Virus çirkli su və  qida vasitəsi ilə yayılır. 1346-cı il ilə 1353-cü il arasında yayılan  epidemiya 75 il ərzində  200 milyona yaxın insanın ölümünə səbəb olub.

Xəstəliyi müalicə etmək üçün ağız və damara  maye yeritmək,  orqanizmi kəskin şəkildə susuzlaşmış xəstələrə damardaxili xüsusi maye vurulmalı idi.

Kalium xlorid və natrium xlorid (duz) kimi əhəmiyyətli elektrolitlər  və antibiotik vermək də məsləhət olunur.  Lakin orqanizm həddən artıq susuzlaşmadığı təqdirdə, insanlar antibiotiklərsiz də sağala bilərlər. Buna görə də, antibiotiklər kəskin vəbalı və orqanizmi həddən artıq susuzlaşmış şəxslər üçün məsləhət görülür.

Taun- insan və heyvanlarda  taun çöpü tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağciyərin və başqa orqanların  iltihabı ilə təzahür edir.  1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə edib. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda mövcud olub. 

Tunun bubon formasında ölüm halları 27-95%, ağciyər forfasında demək olar ki, 100%-dir. Hazırda düzgün müalicə fonunda ölüm halları 5-10% təşkil edir.

Tauna tutulan xəstələr ciddi təcrid edilməli və məcburi şəkildə hospitala yerləşdirilməlidir.

Taunun  müalicəsində antibiotiklər,  yüksək dozalarda təyin olunan tetrasiklin, streptomisin və levomisetin əsas əhəmiyyət kəsb edir.

Donuz qripi- H1N1 adlandırılan virusun   donuzlara, quşlara və insanlara yoluxması mümkündür. Epidemiya asqıraqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontakt vasitəsi ilə yayıla bilir. Dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub və onların 700 nəfərindən çoxu dünyasını dəyişib.

"Donuz qripi"nə qarşı hələlik heç bir peyvənd yoxdur.  Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, quş qripinə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar donuz qripinə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

Ebola-  hemorragik qızdırmasına səbəbi olan virusdur. Epidemiya tər, qan, tüpürcək yolu ilə yayılır. Virus ilk dəfə 2012-ci ildə qeydə alınıb.  Virus 187 nəfərin həyatına son qoyub.

Hazırda epidemiyaya qarşı bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də, onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq, ÜST eksperimental dərmanların istifadəsinə icazə verir.

Quş qripi- Quşlardan insanlara keçən kəskin infeksiyalı virus xəstəliyidir. H5N1 adlanan epidemiyaya yoluxduqda insanda  yüksək hərarət, oynaqlarda kəskin ağrılar, süstkünlük, zəhərli maddələrin əmələ gəlməsi nəticəsində qan damarları yumşalması və iltihabi proses gedir. Onlarda qan dövranı pozulur, ürək zəifləyir, dalaqda, ciyərlərdə, böyrəkdə, beyində və mədə-bağırsaq sistemində pozuntular əmələ gəlir.

Quş qripindən özünü qorumaq üçün profilaktik məqsədlə əllərini sabun və digər yuyucu vasitələrlə tez-tez yumalı, toyuq ətini 30 dəqiqə, yumurtanı isə 10 dəqiqə qaynadıldılmalıdır. Dövlət səviyyəsində əlaqəli təşkilatlar dərhal xəstəliyə şübhəli olan şəxslərin sağlam insanlarla ünsiyyəti məhdudlaşdırılmalıdır. Vəhşi quşların ovlamasına və ətindən istifadə edilməsinə qadağa qoyulmalıdır. 

Ümid edirik ki, yaxın zamanda koronavirusun müalicəsi istiqamətində də əsaslı tədbirlərə əl atılacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları