Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 17:39:00
BANM tələbəsi ixtirası ilə beynəlxalq müsabiqənin milli finalının qalibi olub

Ötən ilin noyabrında Amsterdamda keçirilən “ClimateLaunchpad” adlı beynəlxalq müsabiqənin finalında Bakı Ali Neft Məktəbi Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Güllü Hüseynlinin komandasının hazırladığı “Climasel” startapı ilə təmsil olunub.

 O, beynəlxalq müsabiqənin milli finalının qalibidir.

 AzEdu.az  xəbər  verir ki, layihə müasir cəmiyyətdə enerjiyə qənaət və alternativ enerji mənbələri kimi aktual mövzulara toxunur. İxtiranın başlıca məqsədi ətraf mühitə mənfi təsiri azaltmaqdan ibarətdir. Layihənin mahiyyəti və komandanın uğur hekayəsi barədə Avropa Birliyi Şərq Qonşuları portalında məqalə dərc olunub. Məqalədə Climasel – ekoloji temperatur rejimi barədə məlumat verilib.

 Bildirib ki, bu ideyanı Güllü Hüseynli və onun komadası 2019-cu ilin yaz fəslinin sonunda  düşünüblər. Komandanın əsas məqsədi elektrik enerjisinin qənaətinə kömək edəcək və bununla da maliyyə xərclərini və ətraf mühitə dəyən ziyanı azalda biləcək innovativ texnologiya yaratmaq olub. Nəticədə, “Climasel” adlanan asma tavanlar üçün enerjiyə qənaət edən panellər layihəsi ərsəyə gəlib.

 Panellərin işləmə prinsipi ondan ibarətdir ki, istilər düşəndə və otaqda temperatur yüksəldikdə, panelin içində yerləşdirilən element əriyir və istilik mübadiləsi nəticəsində istiliyin bir hissəsini ətrafdakı havadan özünə çəkir. Axşam saatlarında isə hava bir qədər sərinləşdikdə, həmin element bərkiyərək saxlanılan istiliyi geriyə qaytarır.

 Komanda üzvlərinin bildirdiyinə görə, panelin 1 m²-i 35 avroya başa gəlir, bununla belə mənfəət 10 avro təşkil edir. Beləliklə, ildə 30 min m² panel satıldıqda təmiz mənfəət 300 min avro təşkil edəcək. Gələcəkdə brendin özünü daha çox tanıda biləcəyini nəzərə alsaq, bu satışların da, mənfəətin də çoxalmasına gətirib çıxaracaq. Hazırda komandanın əsas məqsədi panellərin prototiplərinin, o cümlədən dizaynlarının təkmilləşdirilməsindən ibarətdir. Daha sonra onlar pilot testlərin keçirilməsi üçün Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətə təqdim olunacaq ki, burada son məqsəd – gələcəkdə bazara çıxışdır.

 "ClimateLaunchpad" – yaşıl texnologiyalar sahəsinə aid olan startapların ən böyük beynəlxalq müsabiqəsidir, məqsədi də parlaq və perspektivli ideyaları aşkar etmək və onların dayanaqlı biznes layihələrə çevrilməsinə dəstək verməkdir.

 Müsabiqədə iştirak edən startaplar dünyanın bütün ölkələrindən təqdim olunur və onların sayı ilbəil artır. Hər il ClimateLaunchpad bütün dünyadan iqlimə aid 3 ən yaxşı biznes ideyanı seçir. 2019-cu ildə müsabiqəyə 55 ölkədən startaplar təqdim olunub. Azərbaycan bu yarışmaya 2017-ci ildən qatılıb