Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 16:45:00
Buraxılış imtahanlarında  xarici dil  nəyə əsasən seçilir?- DİM

Qəbul imtahanları ilə bağlı abituriyentləri maraqlandıran məsələlərdən biri də xarici dil seçimi ilə bağlıdır.

DİM-dən AzEdu.az-a verilən məlumata görə  qəbul imtahanlarında abituriyentlər istədikləri xarici dili seçə bilər.

Belə ki, Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra əsas xarici dil) fənnindən imtahan verəcəklər. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı şagirdlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.
Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

Qeyd edək ki, əvvəlki ilin məzunları isə  yalnız bir xarici dil fənnindən imtahan verirlər.