Azedu.az

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi

6 Fevral 2020, 14:32
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib.

AzEdu.az-ın məlumatına görə, imtahan martın 15-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə keçiriləcək.

İmtahan kompüter vasitəsilə aparılacaq (İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahanda iştirak etmək üçün qeydiyyat 13 mart saat 15:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox