Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-03 14:12:00
“Azərbaycanın paleontoloji atlası” hazırlanır

AMEA-nın Geologiya və Geofizika İnstitutunda müasir standartlara cavab verən “Azərbaycanın paleontoloji atlası”nın tərtib olunması üçün fundamental elmi işlərə başlanılıb.

İnstitutdan AzEdu.az  bildirilib ki, atlasda Azərbaycan Respublikasının fauna və florasının müasir öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan qazıntı orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq. Uzun illər ərzində toplanmış zəngin paleontoloji materiallara əsasən atlasın üç cilddə nəşr olunması nəzərdə tutulur. Birinci cild Azərbaycanın onurğasızlar faunasına (molyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq. İkinci cild Azərbaycanın onurğalılar faunasını (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) əhatə edəcək. Üçüncü cilddə isə Azərbaycanda paleofloristik tədqiqatların nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) yer alacaq.

Ötən əsrdən başlayaraq Geologiya və Geofizika İnstitutunun Paleontologiya şöbəsində Azərbaycanın əhəmiyyətli qazıntı qrupları kompleks şəkildə öyrənilir. Əldə olunan məlumatlara əsasən paleontologiyaya aid çoxsaylı işlər dərc olunub və Devondan Holosenədək yaş dövrünü əhatə edən qazıntı orqanizmlərinin kolleksiyası Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyində və Geologiya və Geofizika İnstitutunda saxlanılır.