Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 14:35:00
Qəbul imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi yanvarın 26-sı doktorantura və dissertanturaya qəbul üzrə xarici dil fənnindən  imtahan keçirib.

AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə  imtahanın nəticələri  bu gün sonuna qədər açıqlanacaq.

Xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Xarici dil imtahanından uğur qazanmış namizədlər fəlsəfə və ixtisas imtahanlarına buraxılır.

Qeyd edək ki, 35 namizəd beynəlxalq səviyyəli dil sertifikatı təqdim etdiyinə görə imtahandan azad olunub.