Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 17:10:00
PISA-nın 100 dərsi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və səriştələr idarəsinin redaktoru Merilon Açiron qeyd edir ki, şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirməsinin aparıldığı son 10 il ərzində PISA-nın 100 buraxılışı olub. Qurum 100-cü buraxılışın şərəfinə ötən illər ərzində beynəlxalq tədqiqatdan bəhrələnməli olduğumuz 100 faydalı məqamları ümumiləşdirib.
Yüksək səmərəli və ya sürətlə inkişaf edən təhsil sistemləri haqqında:
1. 2000 və 2009-cu illər arasında orta oxu göstəricilərinin yaxşılaşdığı ölkələrdən çoxu ən aşağı göstəriciləri olan şagirdlərinin bu sahədə əhəmiyyətli irəliləyişlərini qeyd edə bilərlər.
2. Məktəblərin tədris olunan fənlər və şagirdlərin necə qiymətləndirilməsi sahəsində daha çox muxtariyyətə sahib olduğu ölkələrdə təhsil alanlar bir qayda olaraq daha yaxşı oxuyur.
3. Milli rifahın və ya ali təhsil xərclərinin artması tələbələrin daha yaxşı akademik performansına zəmanət vermir. PİSA-da yaxşı nəticələr göstərən məktəb sistemləri bütün tələbələrin buna nail ola biləcəyinə inanır və onlara bunu etmək imkanı verir.
4. Bəzi ölkələr nümayiş etdirdilər ki, bərabərliyin yaxşılaşmasına ümumi göstəricilərin yaxşılaşması ilə eyni vaxtda və nisbətən qısa müddətdə nail olmaq mümkündür.
5. Yüksək bal toplayan ölkələr arasında məktəb fəaliyyətindəki fərqlər ümumiyyətlə OECD-nin orta göstəricilərindən daha kiçikdir.
6. Təhsil sahəsində güclü icraçı və uğurlu islahatçılar bütün şagirdlərinin potensialına inam, güclü siyasi iradə və bütün maraqlı tərəflərinvəziyyətini yaxşılaşdırmaq üçün ardıcıl və razılaşdırılmış səylər göstərmək qabiliyyəti kimi bəzi ümumi xüsusiyyətlərə malikdirlər.
7. Təhsil resurslarının məktəblər arasında necə bölüşdürülməsi mövcud əlçatan resursların sayı qədər vacibdir
8. 15 yaşlı şagirdləri beynəlxalq arenada yüksək göstəricilərlə çıxış edən ölkələr bir qayda olaraq 26-28 yaşlı gəncləri yaxşı nəticələr göstərən ölkələrdir.
9. PISA göstəricilərinin yaxşılaşdırılması coğrafi amil, milli sərvət və ya mədəniyyətlə əlaqəli deyil.
10. Məktəblərdə mövcud olan resursların miqdarı və keyfiyyəti OECD ölkələri üzrə orta hesabla 2003-cü ildən 2012-ci ilə qədər əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
11. Ölkələrdə şagirdlərin rəqəmsal oxu göstəriciləri ilə rəqəmsal mətnlər üzrə keyfiyyətli axtarış arasında sıx əlaqə mövcuddur.
12. Tələbələrin müntəzəm olaraq təbiət elmləri dərslərinə daha çox vaxt sərf etdikləri məktəb sistemlərində elm üzrə orta ballar daha yüksəkdir; lakin tələbələr

məktəbdən sonra elmin öyrənilməsinə daha çox vaxt sərf etdikdə, elm üzrə orta ballar aşağı olur.
13. Məktəb təhsilinə çıxış imkanlarının genişləndirilməsi, bir qayda olaraq, 15 yaşlılar üçün orta təhsilin keyfiyyəti hesabına baş vermir.
14.Şagirdlərin daha çox akademik davamlı olmaq şanslarına malik olduğu məktəb təhsil sistemlərinin əksəriyyəti bəzi ümumi xüsusiyyətlərə, həmçinin şagirdlərin dərs məşğələlərinə fokuslana biləcəyi yaxşı intizam atmosferinə malikdir, müəllimlər isə yaxşı təlimi təmin edə bilərlər.

Oruc MUSTAFAYEV