Məşhur bəstəkar Björk və Microsoft süni intellektlə musiqi hazırlamaq üçün əməkdaşlığa başlayıblar.
AzEdu.az-ın məlumatına görə, TED.az xəbər verir ki, layihə çərçivəsində Microsoft şirkəti tərəfindən süni intellektlə kompozisiyaların hazırlaması planlaşdırılır.
Microsoftun Björk ilə əməkdaşlıq etməsi təəccüblü deyil – İslandiyalı musiqiçinin mahnı bəstələyərkən texnologiyadan istifadə etdiyi sirr deyil.
Björk artıq Microsoftun süni intellekt proqramından istifadə edərək Nyu-Yorkdakı Sister City otelinin foyesində mütəmadi olaraq unikal və yeni bəstələri ilə çıxış edəcək.