Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 17:30:00
Şahlar Əsgərovdan magistraturaya qəbulda yeni təklif: “Gənclərə imtahanla əziyyət verməyin əhəmiyyəti yoxdur”

Məlum olduğu kimi,  Nazirlər Kabineti ali təhsil müəssisələrinə və AMEA-ya magistratura səviyyəsi üzrə qəbul qaydalarında dəyişiklik edib. 

Dəyişikliyə əsasən qəbul  imtahanı bir pilləli keçiriləcək, yəni  namizədlər ixtisas  imtahanından azaddırlar.

Xatırlamaq zəruridir ki, qəbul olunan qərar çox vacib aktuallığına görə fərqləndirilməlidir. Bir çox ölkələrdə magistratura səviyyəsinə bu cür qəbul şərtləri artıq uzun müddətdir ki, tətbiq olunur. Səmərəsini isə həmin ölkələrin təhsil və elminin yüksək inkişafına nəzər yetirdikdə həmən anlamaq olar.

Bəs ümumilikdə bu dəyişiklərin başqa nə kimi perspektivləri, səmərəsi var?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov dəyişiklərə öz münasibətini bildirib.

“İmtahanın bir mərhələli keçirilməsi ilə bağlı qərar  çox lazımlı idi. Fikrimcə magistraturaya qəbul imtahanı tamamilə ləğv edilməlidir. Magistraturaya tələbə qəbulu universitetlərin, fakültələrin elmi şurasının qərarı ilə müəyyənləşsə, daha yaxşı olar.  Yəni, fakültə  universitetə  layiqli tələbənin təhsilini davam etdirməsilə bağlı hər hansı arayışla müraciət etməli, tələbəyə şərait yaradılmalıdır. Gəncləri bir neçə mərhələli imtahanla əziyyətə salmağın heç bir əhəmiyyəti yoxdur”.

O həmçinin magistratura təhsilinin mahiyyəti haqqında danışıb.

“Əslində magistratura təhsilinin fəlsəfəsi var. Əvvəllər 5 il tam ali təhsil hesab olunurdu.  Sonradan 4 il bakalavr, 2 il də magistratura təhsilinə ayrıldı.  Burada yaxşı cəhət odur ki, məsələn, bakalavrda fizika üzrə oxumuş tələbə öz arzusu ilə riyaziyyat ixtisası üzrə də magistr təhsili ala bilər. Yəni, o hiss edir ki, ondan yaxşı riyaziyyatçı olar, kiminsə tələbi olmadan öz arzusunu reallaşdıra bilir. Yaxud biologiya fakültəsində oxuyan  kimya, kimyanı bitirən geologiya və s. müxtəlif ixtisaslar üzrə tələbənin magistr təhsili alması  mümkün olmalıdır. Bu keçidlərə heç bir əngəl yaratmaq lazım deyil”.

“Əlbəttə, əvvəlki illərin magistraturaya qəbul  imtahanları ilə müqayisədə bu il yeni dəyişiklikərlə müəyyən sadələşdirmə edildi.  Amma yene də asanlaşdırmaq lazımdır”-deyə  Şura sədri Ş.Əsgərov sözlərinə əlavə edib.