Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 21:18:00
Meksikada şagirdi müəllimini qətlə yetirib

Meksikanın şimalında məktəbli qətl hadisəsi törədib.

AzEdu.az  “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Koahuilya ştatının Torreon şəhərindəki kollecdə, səhər saatlarında baş verib.


Kollecin 11 yaşlı şagirdi atəş açaraq müəllimini qətlə yetirib. Hadisə zamanı daha 5 şagird və başqa müəllim də yaralanıblar. Hadisəni törədən yeniyetmə sonra intihar edib. Qeyd edilir ki, yaralılardan biri 7, digəri 8 yaşındadır.