Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 16:46:00
Məktəblilərin AzTU-da bir günü  

Bakının 165, 259, 275, 319 nömrəli tam orta məktəblərinin  şagirdləri ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tələbələrinin Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib.

 “Açıq qapı” günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı gücləndirməkdir. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə geniş məlumat verilib. Məktəblilərə AzTU-da müxtəlif sahələr üzrə aparılan elmi tədqiqatlar, ixtiralar, müasir texnoloji avadanlıqlar, mühəndislik işləri nümayiş etdirilib.

 Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə və şagirdlərlə görüşüb. Rektor elmi-texniki inqilablar dövründə texniki universitetlərin üstünlüklərindən danışıb.

 AzTU-da “Açıq qapı” günləri  tədris ilinin sonuna kimi davam edəcək