Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 10:58:00
Rusiya orta məktəblərində kibermüdafiə dərsləri tətbiq oluna bilər

Rusiya orta məktəblərində kibermüdafiə dərslərinin tətbiq olunması təklifi irəli sürülüb.

AzEdu.az xəbər verir ki, Rusiya İctimai Palatası orta məktəblərdə həyat təhlükəsizliyinin əsasları fənninə kibertəhlükəsizlik bölməsinin əlavə olunmasını təklif edir. Ölkənin Maarif Nazirliyinin məlumatına görə, yeni kurs uşaqlara informasiya və kompüter riskləri və təhdidlərini dəf etməyi öyrədəcək. Bu, xüsusilə uşaqların internet vasitəsilə təqibinə aiddir.

Rusiya İctimai Palatasından bildiriblər ki, ötən il ölkədə 638 kiberbullinq faktı qeydə alınıb. Məktəb yaşlı uşaqları təqib edən belə videolar, əsasən, anonim birliklərdə yayılır. Mütəxəssislərin fikrincə, uşaqlar həmçinin internetdə fırıldaqçıların və pedofillərin təqiblərinə məruz qala bilərlər(Azərtac)