Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 17:04:00
Yaş həddini ötmüş müəllimlərlə əmək müqaviləsi yalnız bu hallarda uzadılır – Meyarlar

Varislik ənənəsinin davam etdirilməsi, yaşlı nəslin təcrübəsinin  gənc nəslə ötürülməsi məqsədilə orta ümumtəhsil müəssisələrində işləyən çalışmanın yaş həddinə çatmış müəllimlərin  fəaliyyət müddətinin uzadılması qanunvericiliklə təmin olunur.

Hazırda xüsusilə bölgə məktəblərində çalışan müəllimləri ən çox maraqlandıran məqamlardan biri də çalışmanın yaş həddinin uzadılması zamanı hansı meyarların nəzərə alınmasıdır.

AzEdu.az Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məlumat verir ki, təhsil müəssisələrində yaş həddi 65-ə çatmış müəllimlərin çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alınır:

-Son 1ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;

-Elmi dərəcə və ya elmi adının olması;

-Dövlət təltifi ilə təltif edilməsi;

-Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;

-Müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda;

-Səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;

-İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

Bundan əlavə, ümumtəhsil müəssisəsində çalışma müddəti uzadılmış işçilərin sayının həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq olmaması , fənn üzrə orta dərs yükünün 1 stavkadan az olmaması, fənn üzrə ixtisaslı pedaqoji kadrların, əvəzetmə, müvəqqəti işə qəbul imkanlarının olmaması, çalışmanın yaş həddinə çatmış müəllimin diaqnostik qiymətləndirmədə topladığı bal, çalışmanın yaş həddinə çatmış müəllimin pedaqoji fəaliyyəti dövründə nailiyyətləri də nəzərə alınır.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən hər müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Müəllimlərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları