Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 10:17:00
“Bilik yarışı”

Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə VIII siniflər arasında tarix fənni üzrə “Bilik yarışı” keçirilib.

Yarışda 3 sinifdən 18 şagird iştirak edib. Şagirdlər bir-birindən maraqlı suallar, cavablar, mülahizələr və fikirlər söyləyib. Onlar suallara düzgün və ətraflı cavab verməyə çalışıblar.

Məktəbin şagird və müəllimləri yarışı  maraqla izləyiblər.

3 mərhələ üzrə keçirilən yarışda şagirdlərin sərbəst fikir yürütmələri, çətin suallara verdikləri dolğun cavablar onları təəccübləndirib.
İntellektual bilik yarışında məktəbin VIII a sinfinin “Odlar yurdu” komandası sualların çoxuna cavab verərək birinci yerə layiq görülüb.