Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-05 17:18:00
Bu gün Günəş Yer kürəsinə maksimum yaxınlaşacaq

Bu gün Günəşlə Yer planeti arasında məsafə minimal olacaq, buna görə də teleskopda göy ulduzunun diski planetlərin bir-birindən maksimum uzaq olduğu iyulun əvvəli ilə müqayisədə 3% daha böyük görünəcək.

AzEdu.az xəbər verir ki, bu barədə TASS-a astronavt, Moskva planetarisinin əməkdaşı Lyudmila Koşman bildirib.

"Bazar günü, yanvarın 5-də planetimiz öz orbitinin nöqtəsində Günəşə ən yaxın olacaq, hansını ki, o ildə bir dəfə keçir. Yer kürəsi həmin nöqtədən yanvarın əvvəlində keçir. Bu, 147 milyondan çox kilometrdən ibarətdir”, - deyə o bildirib.

L.Koşman xatırladıb ki, Yer kürəsində mövsüm dəyişikliyi onunla şərtlənir ki, planetin fırlanma oxu yer orbitinin səthində yastılığa meylə malikdir, amma bu heç də o demək deyil ki, Yerdən Günəşə qədər məsafə dəyişir.

Planetimizin Günəş ətrafında tam dövrü 365 gün 6 saat 9 dəqiqə 10 saniyə çəkir. Yer kürəsi Günəşin ətrafında 29,765 km/san orta sürətlə ellips orbiti üzrə hərəkət edir.