Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-05 13:31:00
Avtomatlaşdırmanın yaradacağı təhlükələr: 800 milyon iş yeri azalacaq

“Bank of America Merrill Lynch” analitikləri iddia edirlər ki, iş yerlərinin azalması prosesi getdikcə sürətlənəcək. Əsas siyasi stimullardan biri Çin və ABŞ arasındakı ticarət müharibəsidir.

AzEdu.az xəbər veri ki, şirkət avtomatlaşdırmanın yaradacağı təhlükələrlə bağlı yeni təhlil hazırlayıb. Əldə olunmuş nəticələr ciddi narahatlığa əsas verir. Belə ki,  15 il ərzində robot və alqoritmlər sayəsində təxminən 800 milyon iş yeri azalacaq.

www.nanonewsnet.ru saytının məlumatında bildirilir ki, ən böyük iş ixtisarı ofislərdə və xidmət sektorunda gözlənilir. Lakin digər sahələrdə də vəziyyət ürəkaçan deyil, çünki robotlar daha çox tapşırıqlar yerinə yetirməyi öyrənirlər.

İş yerlərinin azalması tempi ilk növbədə, avtomatlaşdırma xərclərinin azalması hesabına yüksəlir. 2005-ci ildən 2014-cü ilədək qiymətlər 27 faiz azalıb, 2025-ci ilədək daha 22 faiz azalacaq.

Çin avtomatlaşdırma sahəsində lider  ola bilər. Analitiklərin fikrincə, 2020-ci ildə Amerika ilə bu ölkənin ticarət müharibəsi texniki silahlanmaya çevriləcək. Çin kvant hesablamaları, süni intellekt, mobil rabitə, robot texnikası və kibertəhlükəsizlik kimi sahələrdə lider olmağa çalışacaq. Bunun iş yerlərinin avtomatlaşdırılmasına təsiri qaçılmaz olacaq.(Azərbaycan müəllimi qəzeti)