Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-05 10:17:00
“Dinsiz ölkələrdə elmə, quruculuğa meyl daha güclüdür” - Professordan qalmaqallı açıqlama
Bu məqalə dünya ölkələrində dindarlıq səviyyəsini göstərən bir araşdırmaya həsr olunmuşdur. Call Up inn Assosiation şirkətinin araşdırmaları əsasında təhlil aparılmışdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində dindarların (dinə xüsusi önəm verənlərin) payı 50%-dən aşağıdı, o cümlədən böyük Almaniyada cəmi 34%-di. Qalan əhalı inancı olmayan ateistdirlər, deməli, nəzarət paketi inancsızların əlindədi. Əksinə dindarların payı çox olan ölkələrdə inkişaf və elm-təhsil səviyyəsi çox aşağıdı. Mən bu təhlili dünya ölkələrinin ümumi iqtisadi və elmi inkişafını müqayisəli təhlil çərçivəsinə uyğunlaşdırdım və aşağıdakı qanunayğunluqları aldım:
 
1. Dindarlıqla ümumi inkişaf tərs mütənasib asılılıqdadı, dünyanın ən dindar 20 ölkə inkişafca ən geridə qalanlardı (əksəriyyəti müsəlman ölkələridi)- məsələn, Efiopiya, Nigeriya 99% inanclıdılar, Əfqanıstan, Somali, Çad, Yəmən və s, inkişafca ən geridə qalan ölkələrdəndir. Əksinə ən dinsiz 20 ölkə (Çin, Yaponiya, İsveç, Norveç, İsrail, Almaniya və s) əksəriyyəti inkişaf etmiş ölkələrdi. İlk 20-liyə Azərbaycan da daxildi, dinsizlərin payı 66%-di. İlk 20 dinsiz ölkələr içərisində müsəlmanlardan yalnız Azərbaycan (13-cü yer) və Albaniya (20-ci yer)var. Bu iki ölkə də müsəlman ölkələri içərisində inkişaf etmiş ölkəyə çevrilmək məqsədi qoyan tək ölkələrdi.
 
2. Dinsiz ölkələrdə iqtisadi inkişaf sürəti çox yüksəkdi, islahatlar daha sürətlidi, elmə, quruculuğa meyl daha güclüdü. Bu inkişaf etmiş ölkələrdə istisnasız yaradıcı cəmiyyət qurulmuş, elm çox sürətlə inkişaf edir və bütün dünya ölkələri içərisində müstəsnalıq təşkil edən fakt yoxdur.
 
3. Dindarlığın cəmiyyətin inkişafına mənfi təsiri islam ölkələrində daha qabarıq görsənir, bu da İslamın fəlsəfəsinin geriçi, konservativliyi, məhdudiyyətlərin olduqca çox olması, bütün insan azadlıqlarının qısıtlanması, pozulması, ən başlıcası isə islamın işğalçı fəlsəfəsi əsasında qurulması ilə əlaqədardır. Əgər digər böyük dinlər (xristianlıq, iudaizm, buddizm, zərdüşlük, tənqriçilik və s) öz xalqlarını yadelli işğaldan qorumaq, bu minvalla azadlığa qovuşmaq fəlsəfəsi əsasında yaranmışdırsa, islam başqa xalqları işğal edərək azadlıqlarını məhdudlaşdırmaq və əsarətə salmaq fəlsəfəsi əsasında qurulmuş və zorla qəbul etdirilmişdi. İslam yeganə dindir ki, bir millətin digər millətlər üzərində müstəsna ağalıq hüququnu, bir millətin əlifba, dil, adət, öhv, qaydalarının müstəsna hegemonluğunu və dindən çıxma zamanı isə xüsusi qəddarlıqla edamı nəzərdə tutur, təkmilləşməyə, inkişafa qəti qapalıdır.

Saleh Məmmədov,

Sabiq maliyyə naziri, iqtisadçı professor