Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-03 23:54:00
Məktəblilərimiz ötən il 21 gümüş, 18 bürünc medal  əldə ediblər

2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər.

Təhsil Nazirliyindən  AzEdu.az-a  bildirilib ki, məktəblilərimiz ötən il ərzində 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə ediblər.

2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü üzrə medal qazanıblar.