Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 18:00:00
Abşeron məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflər yaradılıb.

AzEdu.az xəbər verir ki, məktəbin direktoru Çinarə Atayeva rəhbəri olduğu təhsil müəssisəsində peşə təmayüllü bir neçə sinif otağının fəaliyyət göstərdiyini və bu otaqların nazirlik tərəfindən hər cür avadanlıqlarla təchiz edildiyini söyləyib: "Şagirdlərin həyatda öz yerlərini tapmaları, ən azı qazanc əldə etmələri, sosial rifahlarını yaxşılaşdırmaları üçün onlara hər hansı peşə, iş lazımdır. Buna görə də dövlətimiz şagirdlərə qayğı göstərərək onlara peşə təmayüllü siniflərdə təhsil alması üçün şərait yaradıb.

Hazırda bizim peşə təmayüllü sinfimizdə iki modul üzrə peşə təhsili öyrədilir. Həmin məzunlar son nəticə olaraq tam orta təhsil attestatı ilə yanaşı, bu modullar üzrə peşə təmayüllü sinfi bitirmələrinə dair sertifikat da əldə edəcəklər".

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərinin şagirdləri təcrübə keçmək üçün Bakıda olublar. Şagirdlərə gənc fəal Pərvin Şərifov ustad dərsi keçib. Səfərin təşkilində məqsəd şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərmək, eləcə də gələcəkdə seçdikləri peşəyə dərindən yiyələnməkdir.

Şagirdlər təlimlərdə fəal iştirak edib və ustad dərslərdən razı qaldıqlarını bildiriblər.