Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 11:02:00
I Könüllülük proqramına start verilib  

Biləsuvar Rayon Təhsil Şöbəsində I Könüllülük proqramına start verilib.

 AzEdu.az xəbər verir ki, Təhsil şöbəsi könüllü əsaslarla işləmək arzusunda olan 18-29 yaşlarında gəncləri əməkdaşlığa dəvət edir.

 Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər  təhsil şöbəsinin müxtəlif bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. Həmçinin MİQ imtahanı verən, lakin müvafiq vakansiya üzrə iş yeri əldə edə bilməyən könüllülərə təcrübəli müəllimlərin dərslərində iştirak etməyə şərait yaradılacaq.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali və orta ixtisas təhsilli gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
       

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə Biləsuvar Rayon Təhsil Şöbəsi tərəfindən müvafiq sertifikat veriləcək.

Arzu HÜSEYNOVA,

Biləsuvar Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi (Azərbaycan müəllimi)