“Ölkədə hər il AMEA-ya xeyli məbləğdə vəsait ayrılır. Lakin bundan səmərəli şəkildə istifadə edilmir”.
AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.Akademik onu da qeyd edib ki, Elm fondu elmin inkişafına 50 milyon vəsait ayrılıb:
“Ayrılan bu vəsaitin məbləği ilə müqayisədə elmi tədqiqatlarda inkişaf görünmür. Beynəlxalq və regional elmin inkişafı bu istiqamətdə zəifdir. Dövlətin ayırdığı vəsait innovativ layihələrdə öz sözünü demir”.
Qeyd edək ki,Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.