Azedu.az

AMEA-nın büdcədənkənar gəliri çox aşağıdır - Ramiz Mehdiyevdən narazılıq

AMEA

28 Dekabr 2019, 11:48
AMEA-nın büdcədənkənar gəliri çox aşağıdır - Ramiz Mehdiyevdən narazılıq

“AMEA-ya büdcədənkənar daxil olan gəlirlərin həcmi 2%- təşkil edir”.

AzEdu.az  xəbər verir ki,bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.

 O, Azərbaycan Milli Elmlər Akademiyasında innovativ yeniliklərə az  yer verildiyini bildirib:

 “Hazırda Rusiya və Belarusiya Elmlər Akademiyasının büdcədənkənar gəlirlərinin həcmi 30%-dan çoxdur. Bizdə isə bu rəqəm 2% təşkil edir. Bu da elmi innovasiyaların aşağı səviyyədə olduğunu göstərir. Bu istiqamətdə 2020-ci ildən hazırlıqlara başlayacağıq”.

Qeyd edək ki, Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox