Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahatların keçirilməsinə ehtiyac var.
AzEdu.az xəbər verir ki,bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında deyib.
O, AMEA-nın dünya elminin hazırki inkişaf səviyyəsinə çatması üçün islahatların vacib olduğunu deyib:
“Dünya elminin tələblərinə cavab vermək üçün yeniliklərin olması çox vacibdir. Bu istiqamətdə AMEA-da islahat və dəyişiklər davam edəcək”.
Qeyd edək ki, Reyasət Heyətinin dekabrın 28-də keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti seçiləcək.