Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-27 12:46:00
Diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllim: “Suallar qorxuducu deyil, lakin...”

“İnsanların seçdiyi sahə daxili maraqlarından irəli gələn tələbatları ödəməlidir”

Bu sözlər psixoloqların diaqnostik qiymətləndirilmə müsabiqəsində  namizədlər arasında ən yüksək nəticə göstərən Əfşan Məmmədovaya məxsusdur.

Əfşan Məmmədova  dekabrın 25-də keçirilən psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  yüksək nəticə göstərək 51 bal toplayıb.

O, Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin psixoloqudur; 18 ildir ki, bu vəzifəsdə çalışır. Azərbaycan Dövlət Pedaqoji Universitetində "Psixologiya" ixtisası üzrə təhsil alıb:

O, AzEdu.az-a açıqlamasında...

 “Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanın  vaxtı bəlli olduqdan sonra müsabiqəyə ciddi hazırlaşmağa başladım. Psixoloq kimi təcrübəm var idi deyə yüksək nəticə göstərməyim gözlənilən idi. Heç bir hazırlıq kurslarına getmədən psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına hazırlaşmışam.  2001-ci ildən etibarən ancaq orta məktəblərdə psixoloq kimi fəaliyyət göstərmişəm”.

“Psixoloqlar üçün kurs və təlimlər keçirilsin”

“Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanında  praktik yönümlü sualların sayı artırılıb. Bu imtahana hazırlaşdığım müddətdə məktəbdə gündəlik istifadə etdiyim test və vəsaitlər  praktiki sualların düzgün  cavablandırmasına köməklik etdi. Bundan sonra da öz işlədiyim məktəbdə psixoloq kimi fəaliyyət göstərmək istərdim.

Bütün məktəb psixoloqları istəyir ki, onlar üçün dövlət səviyyəsində psixoloqlar üçün kurs və təlimlər keçirilsin.

Əfşan Məmmədova psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına hazırlaşanlara tövsiyəsini də bildirib:

“Psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına hazırlaşanlara tövsiyəm budur ki, özlərinə inamlı olsunlar. Ümumiyyətlə, psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına salınan suallar  düşünülən qədər qorxuducu deyildi.

Psixologiya  mənim üçün çox dəyərlidir. Ümumiyyətlə, insanların seçdiyi sahə daxili maraqlarından irəli gələn tələbatları ödəməlidir”.

Qeyd edək ki, dekabrın 24-dən etibarən psixoloqların diaqnostik qiymətləndirilməsi imtahanına start verilib. Dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur.

Diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları