“Azərbaycan insan və vətəndaş hüquqlarının yüksək səviyyədə qorunduğu ölkələrdən biridir”
AzEdu.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “İnformasiya Təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri V respublika konfransında deyib.
O, insan hüquq və azadlıqlarının qanunvericilik əsasında təmin olunduğunu vurğulayıb:
“Dövlətimiz dünyanın demoktatik ölkələrindən birinə çevrilmək yolunda irəliyə doğru addımlar atır. Respublikada fərdi məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığı istiqamətində informasiya texnologiyaları inkişaf etdirilir”