Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 11:52:00
Qazaxıstan proqramçıları Azərbaycan dilində mobil tətbiqetmə yaratdılar

Qazaxıstanda proqramçılar Azərbaycan dilində mobil proqram hazırlayıblar.

AzEdu.az xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulan oyun-tətbiq “IQ Ushag” adlanır.

Bu proqram əvvəlcə Qazaxıstanda yaşayan azərbaycanlı uşaqlar üçün yaradılıb.

Sonradan Azərbaycandan da tətbiqetməyə maraq artıb.

“IQ Ushag” həm uşaqları, həm də, valideynləri maraqlandıran pulsuz proqramdır və hər kəs üçün əlçatandır.

Tətbiqetmə danışmağa başlayan və dünyanı öyrənmək istəyən bir yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. İstifadəçilər şəkillərə klikləyərək, adları və sözlərin düzgün tələffüzünü dinləyirlər.(oxu.az)