Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 12:55:00
Doktorantura üzrə xaricdə təhsil almaq üçün prioritet istiqamətlər müəyyənləşdirilib - RƏSMİ

“Xaricdə doktorantura üzrə təhsil almaq üçün prioritet istiqamətlər müəyyənləşdirilib. İstiqamətlər demək olar ki, bütün ixtisas sahələrini ehtiva edir”.

AzEdu.az xəbər verir ki, bu barədə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.

Onun sözlərinə görə, proqramın əsas mahiyyəti Azərbaycan təhsilinə töhfə verməkdir:

“Prioritet ixtisaslar kimi təbiət ixtisasları, riyaziyyat, mexanika, astronomiya, kimya, fizika, biologiya, coğrafiya, kənd təsərrüfatı üzrə aqrar elmlər,səhiyyə və rifah ixtisasları, tibb elmləri, əczaçılıq, texniki və texnoloji ixtisaslar, iqtisadiyyat elmləri, pedaqogika, psixologiya, təhsilin idarə edilməsi, humanitar və sosial ixtisaslar, tarix,sosiologiya, hüquq elmləri nəzərdə tutulub”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları