Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 17:27:00
Sağlamlıq imkanları məhdud olanlar təhsildə nə kimi üstünlüklərə sahibdirlər?-Cavab

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə müsahibə zamanı ünvanlanan sualardan biri də sağlamlıq imkanları məhdud şagirdlərin təhsili qaydaları ilə bağlıdır.

Sual:

Tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud şəxslər kimlərdir və onların təhsil sahəsində hansı üstünlükləri var?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Qanunda qeyd olunub. Qanunvericiliyə əsasən, tam dövlət təminatında olan, sağlamlıq imkanları məhdud şəxslər aşağıdakılardır:

-Karlar və zəif eşidənlər;

-Korlar və zəif görənlər;

-Nitq qüsurları olanlar;

-Dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;

-Əqli cəhətdən geri qalanlar ( debuillər, imbisillər );

-Emosional – iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;

-Psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər,

-Mürəkkəb çatışmazlıqları olanlar .

Xüsusi təhsil almaq hüququ psixoloji -tibbi pedaqoji komissiya, yetkinlik yaşına çatana isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur.

Belə şagirdlərin təhsil sahəsində hüquqları aşağıdakılardır:

-Psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial ekspert komissiyasında pulsuz müayinə olunmaq;

-Həmin komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı, əqli, psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyası;

-Komissiya qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;

-Bacarıq, imkan və maraqları nəzərə alınmaqla kütləvi peşələr üzrə hazırlıq keçmək;

-Müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada pulsuz xüsusi təhsil almaq;

-Təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları