Azedu.az

Məktəblilərin yaradıcılıq sərgisi - Fotolar

Məktəblər

Maraqlı

8 May 2018, 12:05
Məktəblilərin yaradıcılıq sərgisi - Fotolar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 229 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.

AzEdu.az xəbər verir ki, BŞTİ müdirinin müavini Rəşad Tağıyev bu cür tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu söyləyib.

Rəsmi çıxışlardan sonra qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə tanış olublar.

Bakının ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri 600 təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, elmi texniki, dizayn işlərini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər. Tədbirin keçirilməsinin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin yaradıcı düşüncəni inkişaf etdirməkdir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox