Azedu.az

Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurub

4 Oktyabr 2019, 16:15
Beyləqanda 14 yaşlı oğlan avtomobillə üç məktəbli qızı vurub

Beyləqanda məktəbliləri maşın vurub.

AzEdu.az APA-ya istinadən  məlumat verir ki, hadisə oktyabrın 3-ü saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox