Azedu.az

Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb  

17 Sentyabr 2019, 16:40
Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb  

“Uşaqlar üçün dərs kitablarının ağır olması probleminin aktuallığını nəzərə alan Təhsil Nazirliyi artıq bu istiqamətdə addımlar atır”.

AzEdu.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli deyib ki, bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb. Bu dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısında, ikinci hissəsi tədris ilinin ikinci yarısında tədris olunacaq. Komitə sədri bu istiqamətdə addımların atılmasının davam edəcəyini söyləyib. 

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox