Azedu.az

Məktəblərdə bu uşaqlara vahid geyim tətbiq edilməyəcək

27 Avqust 2019, 13:55
Məktəblərdə bu uşaqlara vahid geyim tətbiq edilməyəcək

Azərbaycanda məktəbəhazırlıq qruplarında vahid geyimin tətbiq edilməsi nəzərdə tutulmur. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva məlumat verib.

Müdir müavininin sözlərinə görə, oktyabrın 1-dən məktəblərə cəlb edilən balaca məktəblilərin, onlar üçün yeni olan mühitdə sərbəst olmaları daha məqsədəuyğun hesab edilib. “Məktəbəhazırlıq təlimi ibtidai təhsilin körpüsüdür. 5 yaşında uşaqları məktəbə ona görə cəlb edirik ki, məktəbin ab-havasına alışsınlar. Özlərini məktəbdə daha sərbəst hiss etmələri üçün təhsil müəssisələrinə cəlb etdiyimiz balacaların hər hansı çərçivəyə salınmasənın tərəfdarı deyilik”-, deyə İ. Abdullayeva qeyd edib.(Azərbaycan müəllimi)

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox