Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 10:26:54
Yerdəyişmə sorğusuna yalnız bu halda imtina cavabı verilə bilər - RƏSMİ  

Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yerdəyişmə sorğusuna xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər.

Bildirilib ki, istisna hallar olduqda  sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, şagird yerdəyişməsi sistemi avqustun 15-dən etibarən istifadəyə verilib.

Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.  

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.