Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 11:12:18
700 bal yığan tələbə kurikulumun faydalarından danışdı: “Şagirdlərə bunu öyrətmək lazımdır”  

“Yalnız qaydaları keçib əzbərçi məktəbli  yetişdirməkdənsə, şagirdlərə həmin qaydaları özlərinin tətbiq etməsini öyrətmək lazımdır”

Bu sözləri 2017-ci il qəbul imtahanlarında III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Pərvin Əhmədova AzEdu.az-a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, kurikulum çox yaxşı sistemdir, amma doğru tətbiq edilmir:

“Bu sistemi cavan müəllimlərimiz çox gözəl tətbiq edirlər. Bəziləri isə deyir ki, imkan verin, öz ənənəvi qaydalarımızla dərs keçək. Müəllimlərə bu sistem barədə kurs keçirlər, müəllim də gəlir sadəcə “deyim getsin” edir. Azərbaycanın bir çox məktəbində vəziyyət belədir. Uşaqları motivasiya etmək lazımdır. Uşaqlar məktəbə əzbərçiliyə görə gəlmirlər. Əgər şagirdlərə Nizamini keçirsinizsə, onlar niyə Leyli və Məcnunu oxumaqla kifayətlənməlidir? Bəs digər 4 əsər? Başqa əsərlərdə başqa maraqlı faktlar da var. Qrupla işləmək lazımdır. Uşaqları eyni adamlarla əyləşdirmək də düzgün deyil”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları