![](https://azedu.az/uploads/news/2018/04/30776678_2079648888717849_937714763_n1524828277.jpg)
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq alim İsmayıl Axundov haqqında məqalə əsaslı redaktə olunub.
AzEDU.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda tropikologiya sahəsində ilk professor olan İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində anadan olub.
1919-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olan İsmayıl Axundov 1920-ci ilin əvvəlində dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakültəsinə - təhsilini davam etdirməyə göndərilib. 1952-ci ildə Moskvada mehmanxanada baş verən yanğın onun həyatına son qoyub.
Vaxtsız ölüm malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra əsaslı tədqiqat işlərinin müəllifi, eyni zamanda yoluxucu xəstəliklərin tüğyan etdiyi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmış azərbaycanlı professor İsmayıl Axundovun yüksək elmi və humanist ideallar uğrunda apardığı işləri də yarımçıq qoyub.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)