Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-07 11:59:00
III ixtisas qrupu üzrə müsabiqə şərtləri - Minimal ballar

 

Bu gün 28 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak edəcək.

AzEdu.az abituriyentlərə kömək məqsədilə Dövlət İmtahan Mərkəzinin saytına istinadən III ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırır:

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılır;

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır;

Ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

Naxçıvan Dövlət və Lənkəran Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları, Naxçıvan, Gəncə Dövlət Universitetləri, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Kooperasiya Universitetlərində Sosial iş ixtisasları üzrə ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər iştirak edə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları