Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-07 10:10:00
Qəbul imtahanında iştirak edəcək qızların sayı oğlanlardan 3.877 nəfər çoxdur

Bu gün qəbul imtahanında iştirak edəcək qızların sayı oğlanlardan 3.877 nəfər çoxdur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Məlumatda qeyd olunur ki, abituriyentlərin 12.411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16.288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 

Xatırladaq ki, bu gün 28 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak edəcək.