Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 14:30:00
Dünyanın ən güclü 5 elm olimpiadasından biri Bakıda keçiriləcək – “Azərbaycan medallara iddialıdır”  

Azərbaycan bir çox olimpiadalara ev sahibliyi edib. Avqust ayında isə ölkəmizdə Beynəlxalq İnformatika Olimpiadası təşkil olunacaq. 

Bu haqda məlumatı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. Osman Gündüz verib. 

O, bu il avqustun 4-də Bakıda ciddi bir beynəlxalq tədbir keçiriləcəyini deyib: 

“Dünyanın ən yaxşı 5 elm olimpiadaların biri hesab olunan və 31-ci dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadası bu dəfə Bakıda təşkil olunacaq

Bir həftə davam edən tədbirə 90-dan çox ölkənin 500-dək məktəblisi qatılacaq”. 

Osman Gündüz sözlərində  olimpiadanın ötən il  Yaponiyada keçirildiyini vurğulayıb..

“Təxminən, 7-8 il olar ki, biz bu olimpiadalardan əliboş, medalsız qaydırıq. 

1994-cü ildən bu olimpiadaya qoşulan ölkəmiz indiyədək biri gümüş, dördü bürünc olmaqla cəmi beş medal qazana bilib. Bu dəfə hökumət hazırlıq proseslərində daha geniş resurslara sahib olan ADA Universitetini cəlb edib. Ciddi hazırlıqlar gedir”. 

Tədbirin keçirilməsi üçün ABŞ, İran və Avropa ölkələrindən mütəxəssislər cəlb edilib: 

“Belə görünür ki hökumətimiz  uşaqların  medal əldə etməsində iddialıdır.

Amma İnformatika Olimpiadasının da tarixi göstərir ki, bu sahədə həqiqi məktəb yaradan, İnformatikaya bütün təhsil mərhələlrində ciddi önəm verən ölkələr üstünlük qazanırlar.
Bir müddət bizdə İnformatikaya qarşı ögeylik müşahidə olunsa da, son zamanlar bu sahədə müəyyən dönüş yarandığı da müşahidə olunur.  Xüsusi hazırlıq məktəbləri təşkil olunub. Bakı Mühəndislik Universiteti də bu sahədə müəyyən işlər görüb”.

Şükufə Süleymanlı