Azedu.az

Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti dayandırılır  

10 İyun 2019, 09:48
Şagirdlərin davamiyyəti barədə SMS-bildiriş xidməti dayandırılır  

İyul ayından etibarən orta məktəb şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti yay tətili ilə əlaqədar olaraq yeni tədris ilinə qədər müvəqqəti olaraq dayandırılacaq.

Bunu AzEdu.az-a “Mobile Solutions & Marketing Technologies” şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, cari tədris ili məktəblərdə iyunun 14-də başa çatır. Son imtahanların qiymətlərinin də elektron jurnala yazılması səbəbindən SMS-bildiriş xidməti iyunun sonunadək açıq olacaq. 

Hazırda qeyd olunan xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub. Bu xidmətə ölkənin bütün mobil rabitə operatorlarından (Bakcell, Azercell və Azerfon) qoşulmaq olar. Xidməti aktiv etmək üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinfin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Xidmətin aylıq abunə haqqı 4,72 manat təşkil edir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox