Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 15:40:52
Bu alimimiz gələcəkdə Nobel mükafatı ala bilər”  -  Akademik İradə Hüseynova

Orta məktəblərdə şagirdlərə daha çox klassik biologiya tədris olunur. Bu, təəssüf ki dünya təcrübəsi ilə müqayisə olunmayacaq qədər azdır. Onlara bu fənnin müasir üsul və texnologiyalar ilə keçirilməsinə ehtiyac var. Ümumiyyətlə, orta məktəblərin biologiya dərslikləri mütəxəssisləri qane edirmi? Onlar bu sahənin tədrisi və tədqiqi ilə bağlı nələri məsləhət bilirlər?

Mövzu ilə bağlı AzEDU.az saytına danışan AMEA-nın Molelekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova  biologiya dərsliklərində Sovet dövrü ilə müqayisədə xeyli elmi çatışmazlıqlar olduğunu bildirib:

“Təhsil nazirinin səlahiyyətlərini icra edən 11-ci sinif  biologiya dərsliyi ilə bağlı bizə müraciət etmişdi. Biz də analiz edib öz fikirlərimizi dedik. Hesab edirəm ki, dərsliklərə diqqətlə baxılmalıdır. Onlar o qədər də yararlı vəziyyətdə deyillər. Kitablarda kifayət qədər  elmi çatışmazlıqlar var. Sovet dövründə oxuduğumuz dərsliklər bizə  ciddi elmi məlumat verirdi. Bu gün isə onlarda xeyli çastışmazlıqlar var. Mütəxəssislərimiz ekspert kimi dərsliklərin təftişində iştirak edirlər. Öz fikirlərimizi birbaşa Təhsil Nazirliyinə göndərmişik. Yəqin ki, yaxın vaxtlarda onlarla görüşümüz olacaq”.

Molelekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bu istiqamətdə gördüyü işlərdən danışan akademik gələcəkdə Nobel mükafatı ala biləcək alimimizdən söz açıb :

“Bu gün  maddi-texniki bazanın zənginləşməsinə diqqət çoxdur. Elmə böyük maliyyələr sərf olunmazsa, onu  yüksək standartlara cavab verəcək səviyyədə  inkişaf etdirmək  çətin olar. İndi dünyanın  aparıcı  elmi sahələri ilə ayaqlaşmaq üçün müəyyən addımlar atılır. Bir sıra uğurlarımız var.

Hazırda beş beynəlxalq laboratoriyamız fəaliyyət göstərir. Elmi rəhbərlər dünyanın aparıcı ölkələrində çalışan alimlərdir. Kadr-doktorant və magistr hazırlığı həyata keçirilir. Akademiyada 2015-ci ildən magistratura fəaliyyət göstərir. Biz həmin alimləri institumuzda kurslar keçmək üçün dəvət edirik. 

Ölkədə elm inkaşaf etmədən başqa inkişafdan danışmaq çətindir. Alimlərimiz dünyanın aparıcı elm adamları sırasında öz sözünü deyə bilir. Bu, böyük uğurdur. Elə vaxtilə bizim öz şöbəmizdə yetişdirilən alimlər bu gün aparıcı ölkələrdə yüksək səviyyədə təmsil olunurlar. 2012-ci ildə belə beynəlxalq laboratoriya yaradılıb. Məsələn,  professor Qərib Mürşüdov laboratoriya müdiridir. Kembric Universitetində çalışan yeganə azərbaycanlı alimdir. Dünyanın  50%-i molekulyar biologiya sahəsində   50%-i onun proqramlarından istifadə edir. Bu, həddindən artıq böyük göstəricidir. Onun çalışdığı institut molekulyar biologiya sahəsində bir nömrə hesab olunur. O, burada   14 nobel mükafatçısı ilə birgə çalışır. Düşünürük ki, Q. Mürşüdov  Nobel mükafatçılarından biri ola bilər. Bu, gələcəkdə reallaşa biləcək ehtimaldır. Digər alimlər haqda da bu sözləri deyə bilərik”.

Akademik bu sahənin tədqiqatı zamanı üzləşdikləri əsas çətinlikləri açıqlayıb:

“Müəyyən uğurlarımız olsa da, çətinliklər də yox deyil. Əsas problem reaktivlərlə bağlıdır. Hazırda xüsusilə molekulyar tədqiqatlar sahəsində reaktivlərin əksəriyyəti xaricdən əldə olunur və kifayət qədər bahadır. Onları başqa ölkələrdən bura gətirəndə 100 avroluq reaktiv  200 avroya başa gəlir. Bu, çox çətinlik yaradır. Müəyyən avadanlıqların əldə olunması da çətindir. Dünyada  elmin  aparıcı sahələri çox sürətli inkişafla gedir. Hətta bu surəti izləmək belə çətin olur. Bu gün deyilən söz sabah başqa formada  təqdim olunur. Düşünürəm ki, bu sahədə böyük xarici kompaniyaların filiallarının yaradılması,  onlarla özümüzün əlaqə saxlamamız  və  elmi tədqiqatların gömrük rüsumundan azad edilməsi bu sürətə çatmamıza kömək edər. Müəyyən problemlər var, amma ümumilikdə ölkəmizdə bu istiqamətdə inkişaf gedir. Dövlət başçısı elmə diqqət ayırır”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları