Azedu.az

Təhsil işçiləri Bakı Marafonunun ilk onluğunda  

6 May 2019, 16:20
Təhsil işçiləri Bakı Marafonunun ilk onluğunda  

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonunda iştirak edərək uğur qazanıblar.

AzEdu.az xəbər verir ki, iştirakçılardan üç nəfər ilk onluqda yer alıb. Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Elman Abışov III yer, “Ankara məktəbi” məktəb-liseyinin fiziki tərbiyə müəllimi Namiq Əsədov  V yer, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin aparıcı mütəxəssisi Tural Sadıqlı  isə VIII yeri tutub.

Sonda təşkilatçılar tərəfindən qaliblərə medal və mükafatlar təqdim olunub.

“Bakı Marafonu 2019” layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etməkdir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox